Son illər ölkəmizdə qiymətləndirmə və ekspertiza fəaliyyətində keyfiyyətin, dürüstlüyün, peşəkarlığın və xüsusən şəffaflığın təmin olunmasına yönəlmiş islahatlar nəzərə alınaraq, 2020-ci ildə təsis edilmiş təşkilatımız qiymətləndirmə sahəsində mühüm iş təcrübəsinə malik peşəkar mütəxəssisləri öz ətrafında toplayaraq “Mərkəzi Ekspertiza Bürosu” adı altında fəaliyyətə başlamışdır.
Şirkətimiz hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanununa, “Beynəlxalq Qiymətləndirmə Standartları”na (BQS), “Milli Qiymətləndirmə Standartları”na, (MQS), “Dövlət Məhkəmə Ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq xidmətlər göstərir.
Əməkdaşlarımızın zəngin iş təcrübəsi və peşəkarlığı, müştərilərimizə yüksək keyfiyyətli ixtisaslaşmış kompleks xidmətlər təklif etməyə imkan yaradır.
Mərkəzi Ekspertiza Bürosu fəaliyyətində innovativ texnologiyalara üstünlük verməklə, avtonom elektron-informasiya sisteminə malik olan ilk şirkətlərdəndir. Büroda qurulmuş sistemə əsasən sifarişlərin qəbulu və aparılması, işlərin arxivasiyası, həmçinin keyfiyyətə nəzarət tam şəkildə son nəsil elektron-analitik sistem vasitəsilə həyata keçirilir.
Mövcud sistem ziddiyyətli və reallığı əks etdirməyən rəyləri aşkar etməklə, qiymətləndirmədə subyektiv faktorların minimuma endirilməsinə imkan yaradır. Saxtalaşdırma risklərinin aradan qaldırılması məqsədi ilə isə, Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirmə rəylərində onların mötəbərliyini yoxlamağa imkan verən xüsusi individual QR verifikasiya kodu yerləşdirilir.
Mərkəzi Ekspertiza Bürosu qiymətləndirmə sahəsində sizin peşəkar və etibarlı tərəfdaşınızdır.